Xırdalanda yaşayış binasında yanğın olub

Xırdalanda yaşayış binasında yanğın olub backend

Günorta saatlarında Abşeron rayonu, Xırdalan şəhərində yeddimərtəbəli yaşayış binasında yanğın baş verib.

Qaziler.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı binanın şaxtasında elektrik kabeli 21 p.m və 30 ədəd qoruyucu açar yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən binada 5-i azyaşlı olmaqla 25 nəfər sakin təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 14:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Diaspora