Bakı sakini intihara cəhd edib.
Qaziler.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 350 metr aralı, nəzarətsiz ərazidə) intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.Dərhal hadisə yerinə FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunaraq vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil veriblər.