Hadisə paytaxtın Pirallahı rayonunda yerləşən sanatoriyalardan birində baş verib .
Qaziler.az bildirir ki, Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Pirallahı rayonunda Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 225 kv.m olan ikimərtəbəli 3 saylı “Somatik” uşaq sanatoriyasının 1-ci mərtəbəsində sahəsi 40 kv.m olan otaqda 1 ədəd çarpayı və 1 ədəd yataq dəsti yanıb, yüksək temperaturdan 1 ədəd “SAMSUNG” markalı kondisioner əriyib.Yanğın zamanı 24 nəfər (16 nəfəri uşaq olmaqla) yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Otağın qalan hissəsi və sanatoriya binası yanğından mühafizə olunub. Yanğın saat 16:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.