Qəsəbə sakini Qalib Bağırov yaşadığı evdə qətlə yetirilib. Bakıda daha bir qətl törədilib. APA-nın məlumatına görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Qalib Bağırov yaşadığı evdə qətlə yetirilib.
Hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, qətlə yetirilən Taxıl Kombinatının direktorudur.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çıxıb.
Hazırda hadisə yerində araşdırmalar davam etdirilir.