Özünü yandıran direktor müavini öldü

Özünü yandıran direktor müavini öldü backend

Hadisə bu gün Neftçala şəhər 4 saylı orta məktəbdə qeydə alınıb

Bu gün Neftçalada orta məktəbdə özünü yandıran direktor müavini vəfat edib. Qaziler.az bildirir ki, Lent.az-ın məlumatına görə, 4 saylı məktəbin təsərrüfat işləri üzrə direktor müavini, 1952-ci il təvəllüdlü Alik Mustafa oğlu Novruzov məktəbin qazanxanasında özünə od vurub. Məktəbin kollektivinin səyi nəticəsində alov söndürülüb və o dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Diaspora