Tovuzda sel sularının toplandığı ərazidə torpaq sürüşməsi baş verib.
Qaziler.az APA-ya istinadla xəbər verir ki, sürüşmə Tovuz rayonunun Vahidli kəndində baş verib.
Belə ki, kənd iki hissədən ibarətdir. Sözügedən yol isə kənd qəbiristanlığına və digər yaşayış ərazilərinə aparır.
Hazırda bir neçə yerdə də çatlar əmələ gəlib.
Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, problemin aradan qaldırıması istiqamətində addımlar atılacaq.