Qazaxda ana və oğulun yaralandığı partlayışın TƏFƏRRÜATI

Qazaxda ana və oğulun yaralandığı partlayışın TƏFƏRRÜATI backend

Qazax rayonun Yuxarı Salahlı kəndində fərdi yaşayış evinin həyətyanı sahəsində iki nəfərin xəsarət alması ilə nəticələnən partlayışın detalları məlum olub.

Qaziler.az "Trend.az"a istinadla xəbər verir ki, hadisə axşam saatlarında baş verib.

“Ceyran sobası”ndan (çuqun qaz sobası) istifadə edən ev sakini D.Kəlayeva qaz təchizatının dayandırılmasından xəbərsiz olub. Qazı açıq qoyaraq yatıb. Qadının oğlu M. Kəlayev işdən evə qayıtdıqdan sonra qazı yandırmağa cəhd edib və nəticədə yığılan qazın alışması ilə partlayış baş verib.

Hadisə zamanı D.Kəlayeva üz nahiyəsindən, onun oğlu M. Kəlayev isə əl və ayaqlarından yanıq xəsarətləri alıb. Məlumata görə, qadının vəziyyəti qənaətbəxşdir, oğlu isə müalicə üçün Bakıya gətirilir.

TƏBİB-dən bildirilib ki, 26.11.2026-cı il tarixində saat 07:30 radələrində 2 nəfər (1 kişi, 1 qadın) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bədənin müxtəlif nahiyələrinin termiki yanığı diaqnozu təyin olunan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Qeyd olunub ki, hazırda onların müalicələri müvafiq şöbədə davam etdirilir. 1 nəfərin vəziyyəti orta ağır, digər şəxsin vəziyyəti isə ağır qiymətləndirilir.