Moskvada qadının rəfiqəsinin gözü qarşısında keçmiş əri tərəfindən boğazı kəsilib.
Qaziler.az bildirir ki, hücum anının görüntüləri noyabrın 16-da "İzvestiya" nəşri tərəfindən dərc olunub.
Videogörüntülərdə aqressiv şəxsin qaçmağa çalışan qadına çataraq onun paltosunun qolundan yapışdığı əks olunub. Bundan sonra o, qadının boyun nahiyəsinə zərbə endirib və dərhal əks istiqamətdə qaçaraq hadisə yerindən uzaqlaşıb. Yaralı qadının köməyinə hadisədən əvvəl qaçan şəxsi telefonunun kamerası ilə lentə alan rəfiqəsi çatıb.
Hadisə ilə bağlı qəsdən adamöldürməyə cəhd maddəsi ilə cinayət işi başlanıb. İstintaqın məlumatına görə, insident noyabrın 10-da baş verib. Təqsirləndirilən şəxs Volqoqrad prospektindəki yaşayış binasının yaxınlığında şəxsi ədavət zəminində tanışının boyun nahiyəsinə bıçaqla azı bir zərbə endirib.
Həkimlərin operativ və peşəkar tibbi yardım göstərməsinə baxmayaraq, zərərçəkən xəstəxanaya yerləşdirildikdən sonra tibb müəssisəsində dünyasını dəyişib. Yaxın vaxtlarda cinayəti törətmiş şəxsə qəsdən adamöldürmə (Rusiya CM-nin 105-ci maddəsinin 1-ci hissəsi) maddəsi ilə ittiham elan olunacaq.
QAZİLER.AZ

