Jurnalistlər 225 nömrəli məktəbin önündə döyüldülər, saxlanılanlar var - VİDEO

Jurnalistlər 225 nömrəli məktəbin önündə döyüldülər, saxlanılanlar var - VİDEO backend

Bu gün paytaxtın Yasamal rayonu 225 saylı məktəbdə çəkiliş edən media nümayəndələri fiziki zorakılığa məruz qalıb.

Qaziler.az APA-ya istinadla xəbər verir ki, hadisə ilə bağlı polis tərəfindən saxlanılanlar var. Araşdırma aparılır.

Qeyd edək ki, oktyabrın 28-də Yasamal rayonu 225 saylı məktəbdə 7-ci sinif şagirdi pəncərədən düşərək ölüb.

Real TV və Space TV-nin əməkdaşları hadisə ilə əlaqədar məktəbə gedib, çəkiliş apararkən bir qrup şəxsin hücumuna məruz qalıb.

Polisin müdaxiləsindən sonra insidentin qarşısı alınıb.

Hadisə nəticəsində media nümayəndələri müxtəlif dərəcəli bədən xəsarətləri alıb.