Yasamal rayonunda 7-ci sinif şagirdinin pəncərədən yıxılaraq həyatını itirməsi ilə bağlı yeni detallar məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, həyatını itirən G.Dadaşovanın anası 3 il əvvəl qəzada həyatını itirib. Onun atası Salyanda yaşayır. Gülər burada xalası ilə birgə yaşayırmış.
Şahidlərin sözlərinə görə, o, hadisədən öncə anasının şəklinə baxaraq onun yanına getmək istədiyini, sinif yoldaşlarına özünü öldürəcəyini deyib.
11:32
Oktyabrın 28-də saat 10:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Yasamal rayonundan çağırış qeydə alınıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib:
"Təcili tibbi yardım briqadası tərəfindən naməlum bir azyaşlının (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb".

