Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən qazi, Axısqa türkü Mürşüd Məmmədov dünyasını dəyişib.
Qaziler.az bildirir ki, bu barədə qazi Rey Kərimoğlu özünün feysbuk səhifəsində yazıb.
"Qazi qardaşımız Məmmədov Mürşüd (Ahıska Türkü) vəfat edib! Çox üzüldüm!
O, Qarabağ döyüşlərində aldığı yaranın (Doxsanıncı illərdə döyüşdə ayağını itirmişdi) iltihabı nəticəsində vəfat edib.
Bu gün Saatlı rayonunun Günəşli kəndində dəfn olunacaq!
Allah rəhmət eləsin!
P.S. Foto aprel döyüşlərində Qazilərin ön cəbhəyə səfəri zamanı çəkilib", - Rey Kərimoğlu yazıb.
Qeyd edək ki, Mürşüd Məmmədov və ailəsi 1989-cu ildə Özbəkistanda Axısqa türklərinə qarşı törədilən faciə zamanı Azərbaycana pənah gətirənlərdəndir. O, 1993-cü ildə Qarabağda gedən döyüşlərə qatılmış, Ağdamda yaralanaraq bir ayağını itirmişdi.
Vəfat edən qazinin qardaşının saytımıza verdiyi məlumata görə, Mürşüd Məmmədov 1972-ci il, martın 16-da Özbəkistanda doğulub. Moskvada həqiqi hərbi xidmət keçəndən sonra 1992-ci ilin ortalarında Azərbaycana gəlmiş, Qarabağ uğrunda gedən döyüşlərə qatılmış, iki il altı ay səngərlərdə olmuş, sonra yaralanmışdı.
QAZİLER.AZ

