Saatlıda 18 yaşlı qızi tüfəngdən açılan atəşlə özünü yaralayıb

Saatlıda 18 yaşlı qızi tüfəngdən açılan atəşlə özünü yaralayıb backend

Saatlıda 18 yaşlı qız ehtiyatsızlıqdan tüfəngdən açılan atəşlə özünü yaralayıb.

Qaziler.az bldirir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlı rayonunun Azadakənd kənd sakini, 1997-ci il təvəllüdlü Könül Balaşirin qızı Rəhmanova yaşadığı evdə ov tüfəngindən açılan atəşlə özünü yaralayıb.

Ov tüfəngi ilə ehtiyatsız davranan 18 yaşlı qız aldığı güllə yarasından Saatlı rayon xəstəxanasında əməliyyat olunub. Hazırda onun vəziyyəti orta ağırdır. Evdən “TOZ-63” markalı tüfəng götürülüb. Hadisənin intihara cəhd və ya ehtiyatsızlıqdan baş verməsi istintaq tərəfindən araşdırılır.
Diaspora