Pakistanda özəl məktəblərdən birinin damının uçması nəticəsində həlak olanların sayı 18 nəfərə çatıb, onlardan 17-si uşaqdır.
Qaziler.az xəbər verir ki, bu barədə "Express Tribune" nəşri məlumat yayıb.
Daha əvvəl "Dawn" qəzeti hadisə nəticəsində 4 nəfərin öldüyünü və 20 nəfərin yaralandığını bildirmişdi.
Nəşrin yaydığı məlumatda qeyd olunur: "Cümə axşamı günü özəl məktəbin damının uçması nəticəsində azı 17 uşaq və bir qadın müəllim həlak olub".
Məlumata görə, 30-dan çox yaralı xəstəxanaya yerləşdirilib.
QAZİLER.AZ

