Pakistanda qatar relsdən çıxdı: Ölənlər və yaralananlar var - FOTO 

Pakistanda qatar relsdən çıxdı: Ölənlər və yaralananlar var - FOTO  backend

Bu gün səhər saatlarında Pakistanın Pəncab əyalətində sərnişin qatarının relsdən çıxması nəticəsində azı 5 nəfər həlak olub, 49 nəfər xəsarət alıb.

Qaziler.az xəbər verir ki, “Dawn” qəzetinə danışan qatar maşinisti bildirib ki, qatar saatda 100 kilometr sürətlə hərəkət edərkən Şer Şah stansiyası yaxınlığında qəfil zərbə hiss edib. Onun sözlərinə görə, siqnal aydın olub və o, əyləcləri basaraq qatarı dayandırmağa nail olub. 

Lokomotivdən düşüb geriyə baxdıqda sərnişin vaqonlarının relsdən çıxdığını görüb.

Son bir il ərzində Pakistanda bu cür qəzaların təkrarlanması ölkənin dəmir yolu infrastrukturunun texniki vəziyyəti və təhlükəsizlik tədbirləri ilə bağlı narahatlıqları artırıb. Pakistan Dəmir Yollarının qatarların və dəmir yolu xətlərinin texniki baxımına kifayət qədər diqqət yetirib-yetirmədiyi sual doğurur.

QAZİLER.AZ