12.10.2026-cı il tarixində saat 12:40 radələrində 2014-cü il təvəllüdlü azyaşlı (qadın cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Qaziler.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, qapalı kəllə-beyin travması, döş qəfəsinin və qarının küt travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib və ixtisaslı tibbi yardım üçün Kliniki Tibbi Mərkəzə təxliyə olunub.
Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini, 2014-cü il təvəllüdlü (12 yaş) Nəbiyeva Mədinə Ruslan qızı bu gün təhsil aldığı 94 nömrəli məktəbin ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib.

