Ukrayna Silahlı Qüvvələri oktyabrın 9-u səhər saatlarında Komi Respublikasının Uxta şəhərinə hücum edib. Şəhərdə sirenlər işə düşüb, partlayış və atəş səsləri eşidilib.
Qaziler.az xəbər verir ki, sosial şəbəkələrdə yerli sakinlərin uçan pilotsuz uçuş aparatları və qara tüstünü əks etdirən videoları yayılıb.
Ukraynanın "Supernova+" monitorinq kanalı zərbənin "Lukoyl-Uxtaneftepereplatka" zavoduna (Uxta Neft Emalı Zavodu) endiyini bildirib. Müəssisə 2025-ci ildə təxminən 3 milyon ton neft emal edib ki, bu da ümumi Rusiya həcminin 1,1%-ni təşkil edib. Uxta NEZ avtomobil benzini, dizel yanacağı, həmçinin mazut və vakuum qazoylu istehsal edir.
Səhər saat təxminən 08:30-da "Rosaviasiya" Uxta hava limanında təyyarələrin qəbulu və yola salınmasına məhdudiyyətlərin tətbiq edildiyini bəyan edib. Eyni zamanda səlahiyyətli orqanlar dron təhlükəsi elan ediblər.
QAZİLER.AZ

