Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda yeddimərtəbəli yaşayış binası çöküb.
Qaziler.az bu barədə "TRT Haber"ə istinadən xəbər verir.
Məlumata görə, hadisə səhər saatlarında baş verib, əraziyə xilasedicilər cəlb olunub. Dağıntılar altında qalan şəxslərin olduğu bildirilir. Onların axtarış-xilasetmə işlərinə başlanıb.
İlkin məlumata görə, binanın çökməsindən sonra 3 nəfər xilas edilib.
Hadisə nəticəsində ölənlərin olub-olmadığına dair məlumat paylaşılmayıb.
İstanbul valisi Davud Gül verdiyi açıqlamada qeyd edib ki, 7 mərtəbəli binada cəmi 12 mənzil var: "Rəsmi qeydlərə görə, orada 33 nəfər yaşayır. Mənzillərdən dördü zədələnib. Qeydlərimizə görə, cəmi 14 nəfər sakin kimi qeydiyyatdadır. İndiyə qədər iki nəfərin evdə olmadığını müəyyən etmişik. Beş nəfər xilas edilib. Yeddi nəfərdən dördü ilə əlaqə saxlanılıb. Axtarış-xilasetmə işləri davam edir.”

