Bakıda silahlı insident baş verib.
Qaziler.az "unikal.az"a istinadla xəbər verir ki, hadisə zamanı bir nəfər baş nahiyəsindən güllə yarası alıb. Yaralı Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib. Lakin edilən müdaxilələrə baxmayaraq, silahlı insident nəticəsində güllələnən yüksək rütbəli şəxs dünyasını dəyişib.
Məlumata görə, güllələnən yüksək rütbəli şəxsdir. İnsident şəxsi zəmində baş verib.
Əldə edilən məlumata görə, ölən şəxs Yüzbaşov Rüfətdir. Hadisə Zaqulbada restoranların birində olub.
Hadisənin detalları araşdırılır.

