Mingəçevirdə 39 yaşlı qadının bıçaqlanması ilə bağlı bəzi detallar məlum olub.
Qaziler.az xəbər verir ki, Baku TV-nin məlumatına görə, hadisə səhər saatlarında Mingəçevir şəhərində fəaliyyət göstərən 4 saylı bağçanın həyətində qeydə alınıb.
Kəsici alətlə xəsarət yetirilən şəhər sakini Aygün Həşimova xəstəxanaya çatdırılıb. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından verilən məlumata görə, döş qəfəsinin sol kürək nahiyəsində çoxsaylı kəsilmiş-deşilmiş yaralar diaqnozu qoyulan pasiyentə zəruri tibbi yardım göstərilib. Hazırda onun müalicəsi müvafiq şöbədə davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir.
Şəhər sakinlərinin sözlərinə görə, hadisə bağçanın həyətində, uşaqların gözü qarşısında baş verib.
"İctimai yerdə, bağçada bu qadını uşaqların gözü qarşısında bıçaqlamaq olmaz. Uşaqlar da bundan həyəcan keçirirlər. Ondan sonra bina sakinləri də narahat olur. Çolpa deyil ki, başını kəsəsən. Bu, insandır. İnsan həyatına niyə qəsd edirsən?" - sakinlərdən biri deyib.

