Bakının Nizami rayonunda məktəbli bıçaqlanıb.
Qaziler.az "Report.az"a istinadla xəbər verir ki, xəsarət alan şagird ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

