Sumqayıtda 36 nömrəli tam orta məktəbdə zəhərlənənlər evə buraxılıblar.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, oktyabrın 2-də saat 10:20 radələrindən başlayaraq 21 nəfər (17 kişi cinsli, 4 qadın cinsli) zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
"Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda qeyd edilib.
12:20
xxx
Sumqayıtda 36 nömrəli tam orta məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb.
TƏBİB-dən verilən məlumata görə, bu gün saat 10:20 radələrindən başlayaraq 21 nəfər (17 kişi cinsli, 4 qadın cinsli) zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Bildirilib ki, zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.
xxx
11:50
Bu gün Sumqayıt şəhərində 36 nömrəli tam orta məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə şübhəsi ilə bağlı hadisə qeydə alınıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, oktyabrın 2-də saat 10:20 radələrində 14 nəfər (11 kişi və 3 qadın) zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.
Məlumata əsasən, pasiyentlərə zəruri tibbi yardım göstərilib. Onların müalicəsi hazırda müvafiq şöbədə davam etdirilir və vəziyyətləri stabil qiymətləndirilir.

