8 Noyabr prospekti istiqamətində yol bağlandı - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində yol bağlandı - Xəbərdarlıq backend

Bakının Suraxanı rayonu, Zığ şosesində yol-nəqliyyat hadisəsi baş verib, 8 Noyabr prospekti istiqamətində yol bağlanıb.

Qaziler.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, qəza səbəbindən yük avtomobillərindən birinin yolun hərəkət hissəsinə aşması nəticəsində 8 Noyabr prospekti istiqamətində yol bağlanıb.

Hazırda polis əməkdaşları tərəfindən yolda təhlükəsizlik tədbirləri həyata keçirilir, aşan avtomobilin ərazidən götürülməsi və hərəkətin bərpa edilməsi məqsədilə işlər görülür.