Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində yerləşən pirotexnika müəssisəsində baş verən yanğın zamanı 5 nəfər həyatını itirib.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, Regional Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb.
“Uçmuş konstruksiyaların sökülməsi zamanı beş nəfərin meyiti aşkar edilib. Ayağından xəsarət alan bir qadın isə təcili tibbi yardım briqadasına təhvil verilib”, - məlumatda qeyd olunub.
"112" “Telegram” kanalının yazdığına görə, alovun yayılmasının qarşısı artıq alınıb. FHN əməkdaşları ayrı-ayrı yanğın ocaqlarını söndürməyə və dağıntıları təmizləməyə davam edirlər. Qeyd olunub ki,12 nəfərlə əlaqə saxlamaq mümkün olmayıb. Yaxınlıqdakı uşaq bağçası və yaradıcılıq evindən 40-ı uşaq olmaqla ümumilikdə 42 nəfər təxliyə edilib.
"Mash" “Telegram” kanalının məlumatına görə isə yanğına elektrik naqillərindəki qısaqapanma səbəb olub.
“Daha sonra alov anbarda saxlanılan fişənglərə keçib və partlayış baş verib. İki bina tamamilə dağılıb, yanğının söndürülməsinə 100-dən çox şəxsi heyət və 40 ədəd texnika cəlb olunub”, — deyə paylaşımda qeyd edilib.
QAZİLER.AZ

