Bərdədə ölümlə nəticələnən yol qəzası baş verib.
Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə Kələntərli kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, Mənsur Əliyevin idarə etdiyi VAZ-2107 markalı avtomobil hərəkətdə olarkən eşşək arabası ilə toqquşub.
Qəza nəticəsində arabada olan kənd sakini Arif Babaşov müxtəlif xəsarətlər alıb. O, hadisə yerində dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırma aparılır.

