Manqistau vilayətində, Xəzər dənizi sahilində Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı doqquz hərbi qulluqçu həlak olub.
Qaziler.az xəbər verir ki, bu barədə NUR.KZ “Telegram” kanalı məlumat yayıb.
Respublikanın Müdafiə Nazirliyinin məlumatına görə, hadisə Aktau şəhərindən 43 km məsafədə baş verib. Havanın kəskin pisləşməsi və küləyin güclənməsi səbəbindən hərbçilər dənizə sovrulublar.
İlkin məlumatlara görə, 19 hərbi qulluqçu açıq dənizdə qalıb, doqquz nəfər həlak olub, daha üç nəfəri isə xilas etmək mümkün olub. Onlardan biri xəstəxanaya yerləşdirilib. Müdafiə Nazirliyi əlavə edib ki, digər şəxslərin axtarışları davam edir.
QAZİLER.AZ

