Yevlax sakini, 91 yaşlı Qərənfil Məmmədovanın faciəli ölümünün səbəbi məlum olub.
Oxu.Az Baku TV-yə istinadla xəbər verir ki, qadın yaşadığı mənzilin pəncərəsindən paltar yığan zaman ayağının altından stul qaçıb və o, aşağı yıxılıb.
Yevlax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, sentyabrın 16-da 12:40-da hündürlükdən yıxılma səbəbi ilə 1935-ci il təvəllüdlü şəxs xəstəxananın təcili tibbi yardım şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunub.
Ona bədənin müxtəlif nahiyələrinin çoxsaylı sınıqları və qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Aparılan zəruri tədbirlərə baxmayaraq saat 14:00-da bioloji ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, Q.Məmmədova birinci Qarabağ müharibəsi şəhidi Yunis Mamedovun həyat yoldaşıdır.

