İspaniyanın "Real" futbol klubunun prezidenti Florentino Peres "Çelsi"nin sabiq baş məşqçisi Joze Mourinyoya müqavilə təklif edib.
"Report" "The Sunday Times" nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi portuqaliyalı mütəxəssisin dərhal Rafael Benitesi əvəzləməsini istəyir.Məlumata görə, Mourinyo hələ ki, bu təklifi qəbul etməyə hazır deyil. Çünki o "Mançester Yunayted"ə rəhbərlik etmək arzusundadır. Portuqaliyalı mütəxəssis yaxın günlərdə klubun uğursuz çıxışlarına görə vəzifəsindən kənarlaşdırıla biləcək Lui van Qal ilə bağlı məsələnin həllini gözləyir.
Mourinyo "Çelsi" klubunun baş məşqçisi postundan dekabrın 17-də uzaqlaşdırılıb.