Yakutiyada ov zamanı ovçular maralı insanla səhv salaraq 38 yaşlı kişini güllələyiblər.
Qaziler.az xəbər verir ki, hadisə barədə “KRIMYAKUTİYA” məlumat yayıb.
“Telegram” kanalının məlumatına görə, bir neçə kişi Meqino-Kanqalasski rayonunun Çıamayıkı kəndi yaxınlığında maral ovlayıb.
Onlardan biri — 38 yaşlı ovçu başına fənər taxaraq yaralı heyvanın izinə düşmək üçün qrupdan ayrılıb. Geri qayıdarkən yoldaşları onu maral hesab edərək həmin istiqamətə atəş açıblar.
Güllə kişinin başına dəyib. O, aldığı xəsarət nəticəsində hadisə yerində ölüb.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı hələlik açıqlama verməyib.
QAZİLER.AZ

