Binəqədidə yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Binəqədidə yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq backend

Binəqədi rayonunda, Gülməmməd Ramazanov küçəsinin Emin Bağırov küçəsindən Həsən bəy Zərdabi küçəsinədək olan hissəsində təmir işləri aparılır.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Təmir işlərinin gedişindən asılı olaraq sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər.

"Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur", - məlumatda qeyd olunur.