Dekabrın 24-də Qaradağ rayonunun Səngəçal qəsəbəsində Şirvan şəhər sakini Sabir Sultanova məxsus “KamAZ” markalı avtomobilin qaçırılmasına cəhd göstərilib.
Qaziler.az Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Hadisəni törətməyə cəhd göstərmiş həmin şəxs S. Sultanov tərəfindən tutularaq polis əməkdaşlarına təhvil verilib. Onun Bakı şəhər sakini Taleh Axundov olması müəyyən edilib.Faktla bağlı Qaradağ RPİ tərəfindən araşdırma aparılır.