Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub

Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub backend

Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub.

 

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bunlar minik avtomobilinin sürücüsü 1989-cu il təvəllüdlü Elyar Qalib oğlu Məhəmmədov, 1954-cü il təvəllüdlü Qalib Soltan oğlu Məhəmmədov, 1981-ci il təvəllüdlü Susanna Namizəd qızı Məhəmmədova, 1956-cı il təvəllüdlü Səkinə Sədulla qızı Məhəmmədova və 1979-cu il təvəllüdlü Mehriban Zabit qızı Kərimovadır.

 

1997-ci il təvəllüdlü Reyhan Nəsib qızı Məhəmmədova isə hadisə zamanı xəsarət alıb.

 

02:12

 

Zərdabda yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb.

 

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, qəza gecə saatlarında Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb.

 

Belə ki, "KİA" markalı minik maşını hərəkətdə olarkən traktorla toqquşub.

 

Bu zaman avtomobildə anidən yanğın başlayıb. Əldə etdiyimiz məlumata görə, qəza zamanı avtomobildə olan 5 nəfər yanaraq ölüb.

 

Hadisə yerinə rayonun hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.