Şəmkir şəhərində Gürcüstan Respublikasına məxsus 36 vaqondan ibarət xam neft məhsulu daşıyan qatarın 15-ci vaqonu qismən və 20 kv.m əraziyə dağılmış məhsul yanıb.
Qaziler.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, digər vaqonlar yanğından mühafizə olunub. Yanğın saat 03:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.Şəmkirdə xam neft daşıyan qatarda yanğın baş verib

