Bakının Balaxanı qəsəbəsində obyektdə yanğın başlayıb

Bakının Balaxanı qəsəbəsində obyektdə yanğın başlayıb backend

Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində obyektdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə hadisə barədə ilkin məlumat daxil olub:

"Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək".