Şəkidə istirahət mərkəzində 2 nəfər ölüb

Şəkidə istirahət mərkəzində 2 nəfər ölüb backend

Sentyabrın 8-də saat 14:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Şəki rayonu, “Şəki Yaylası” istirahət mərkəzindən çağırış qeydə alınıb.

Qaziler.az bildirir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İDarəetmə Birliyindən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

"Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, bu gün günorta saatlarında Şəki rayonunun Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" istirahət mərkəzində kanatın "tros"unun qırıldığı, nəticədə 2 nəfərin yüksəklikdən düşərək vəfat etdiyi bildirilir.