Bakıda maşın ağaca çırpılıb, ölən var

Bakıda maşın ağaca çırpılıb, ölən var backend

Bakıda maşın ağaca çırpılıb, sərnişin ölüb.

 

APA xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib.

 

Belə ki, 2000-ci il təvəllüdlü Tehran Seyidov idarə etdiyi “Renault Megane” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yolun sağ hissəsindəki ağaca çırpılıb.

 

Hadisə nəticəsində avtomobildə olan sərnişin, 1981-ci il təvəllüdlü Eşqin Qasımov hadisə yerində ölüb.

 

Faktla bağlı cinayət işi başlanılıb.