ABŞ-nin Nyu-York şəhərində bir kişi ildırım vurması nəticəsində sağ qalıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Daily Mail” yazır.
Hadisə avqustun 27-də Steyten-Aylenddə, Tomas Fəhmi evin yanında saxladığı avtomobilinə tərəf gedərkən baş verib.
Kamera görüntülərində kişinin leysan yağış altında açıq çətirlə addımladığı, daha sonra isə onu ildırımın vurduğu görünür. Fəhmi yerə yıxılsa da, bir müddət sonra ayağa qalxa bilib və axsayaraq kömək çağırmaq üçün evə tərəf gedib.
Onun qışqırıqlarını eşidən qonşusu dərhal tibbi yardım çağırıb. Zərərçəkmiş hər iki ayağında güclü ağrı, yanma, sancma və uyuşma hissindən şikayət edib.
Yaralının bədənində nəzərəçarpan yanıq izləri və ciddi xəsarətlər aşkar edilməsə də, o, xəstəxanaya yerləşdirilib və bir gecə həkim nəzarəti altında qalıb. Ertəsi gün isə evə buraxılıb.
Fəhminin sözlərinə görə, bu hadisə onun həyata baxışını dəyişib və hər anın dəyərini daha çox anlamasına səbəb olub.
QAZİLER.AZ

