Dələduzluqda təqsirləndirilərək saxlanılan "AİD Group" şirkətinin təsisçisi Nigar Fərhad sərbəst buraxılıb.
Qaziler.az-ın əldə etdiyi məlumata görə, o, istintaq orqanında dindirilib. İzahatı alınandan sonra o sərbəst buraxılıb və istintaq dövründə polisin nəzarəti altında saxlanılmasına qərar verilib.
Xatırladaq ki, Nigar Fərhad və onun həyat yoldaşı Samir Yəhyazadə barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb və hər iki şəxs məsuliyyətə cəlb edilib. N.Fərhad istintaq dövründə polis nəzarəti altına verilib. O, istintaq dövründə vətəndaşlara dəymiş ziyanı ödəməsi barədə öhdəlik götürüb və buna görə də sərbəst buraxılıb.

