Qara dənizdə 15 azərbaycanlının olduğu gəmiyə dronla hücum edildi -  VİDEO

Qara dənizdə 15 azərbaycanlının olduğu gəmiyə dronla hücum edildi -  VİDEO backend

Qara dənizdə azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu olub.

Qaziler.az xəbər verir ki, bu barədə "Azərbaycan Dənizçilərinə Dəstək" İctimai Birliyi məlumat yayıb.

Bildirilib ki, hadisə avqustun 25-də baş verib. Liberiya bayrağı altında üzən, "Statu Dənizçilik" şirkətinə məxsus "STAR-2" quru yük gəmisi Tuapse limanını tərk edərkən dron hücumuna məruz qalıb.

Məlumata görə, gəminin göyərtəsində 15 azərbaycanlı və 4 türkiyəli dənizçi olub. Hücum nəticəsində xəsarət alanların olmadığı bildirilir.