Tovuz rayonunda silahlı insident baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, 1997-ci il təvəllüdlü Ülvi İsayev adlı şəxs bibisi, 1961-ci il təvəllüdlü Məlahət İsayevanı odlu silahla qətlə yetirib.
Hadisə rayonun Əlimərdanlı kəndində yerləşən fermada qeydə alınıb.
İlkin məlumata görə, əraziyə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

