Rusiyada minik avtomobili kütləyə çırpılıb – 7 nəfər xəsarət alıb - VİDEO

Rusiyada minik avtomobili kütləyə çırpılıb – 7 nəfər xəsarət alıb -  VİDEO backend

Rusiyanın Omsk şəhərindəki hüquq-mühafizə orqanları minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsinin təfərrüatlarını araşdırır.

Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsi məlumat yayıb.

Hadisə Maslennikov küçəsi ilə Marks prospektinin kəsişməsində qeydə alınıb. Polisin məlumatına görə, idarəetməni itirən sürücü avtomobili həmin an yol kənarında dayanan piyadaların üzərinə sürüb.

"Life" nəşrinin "Shot" teleqram kanalına istinadən verdiyi məlumata görə, nəqliyyat vasitəsi eyni zamanda işıqforu da vurub dağıdıb.

"Qəza nəticəsində 7 piyada və avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib", – deyə Daxili İşlər Nazirliyinin rəsmi məlumatında bildirilib.

Hadisə yerindən çəkilən görüntülərdən avtomobilin ön hissəsinin ciddi şəkildə zədələndiyi və əzildiyi görünür.

Hazırda hadisə yerində fövqəladə hallar xidmətinin əməkdaşları işləyir, polislər araşdırma aparır. Qəzanın dəqiq hansı səbəbdən baş verdiyi hələlik açıqlanmır.

QAZİLER.AZ