Bakı-Quba yolunda zəncirvari qəza: 5 nəfər xəsarət alıb

Bakı-Quba yolunda zəncirvari qəza:  5 nəfər xəsarət alıb backend

Quba rayonu Pirvahid kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (2 kişi, 2 qadın, 1 azyaşlı) 6 avqust tarixində saat 09:50 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Qaziler.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Onlara bədənin müxtəlif nahiyələrinin travmaları, qabırğa sınıqları, baş beyin silkələnməsi, açıq kəllə-beyin travması və komatoz vəziyyət diaqnozları təyin edilib.

1973-cü il təvəllüdlü (kişi) və 2021-ci il təvəllüdlü azyaşlının müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Onların vəziyyəti ağır qiymətləndirilir.

Digər 3 nəfərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.