Xaçmazda iki maşın toqquşub, xəsarət alanlar var

Xaçmazda iki maşın toqquşub, xəsarət alanlar var backend

Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunun 6-cı km-də, Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.

Qaziler.az bildirir ki, APA - nın şimal bürosunun verdiyi məlumata görə, 90 BT 862 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil qarşıdan gələn 90 VA 681 dövlət nömrə nişanlı “Mitsubişi” markalı avtomobillə toqquşub. Nəticədə “Mitsubişi”-nin sürücüsü 1968-cı il təvəllüdlü Səməd Qasımov və sərnişini, 1960-cı il təvəllüdlü Zöhrə Qasımova müxtəlif xəsarətlər alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.
Diaspora