"Air India" təyyarəsi güclü burulğana düşdü - VİDEO

"Air India" təyyarəsi güclü burulğana düşdü -  VİDEO backend

"Air India" aviaşirkətinin Pxuketdən Delhiyə AI379 reysini yerinə yetirən təyyarəsi güclü burulğan zonasına düşüb.

Qaziler.az xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Məlumata görə, göyərtədə 3 körpə də daxil olmaqla 137 sərnişin və səkkiz ekipaj üzvü olub. İnsident nəticəsində 17 nəfər, o cümlədən 4 ekipaj üzvü xəsarət alıb.

Təyyarə Delhi hava limanına uğurla eniş edib, bundan sonra bütün sərnişinlər və ekipaj göyərtəni tərk edib.

"Air India" şirkətindən bildiriblər ki, yüngül yaralanmış bir neçə sərnişin və ekipaj üzvü müayinə üçün tibb müəssisələrinə yerləşdirilib.

Daha sonra aviaşirkət beş sərnişinin xəstəxanadan buraxıldığını, qalanlarının müalicəsinin davam etdiyini bildirib.