Ağdam rayonu ərazisində açıq sahələrdə başlayan yanğın bu gün Saybalı və Bağbanlar kəndləri istiqamətinə yayılıb.
Hazırda Ağdamda olan Qaziler.az-ın baş redaktoru Rey Kərimoğlunun məlumatına görə, yanğının söndürülməsi məqsədilə əraziyə Ağdam və Ağcabədi rayonlarının Yanğından Mühafizə Bölmələrinin texnika və canlı qüvvəsi cəlb olunub.
Rey Kərimoğlu bildirib ki, Mərzili istiqamətində ardıcıl partlayış səsləri eşidilir.
"İlkin ehtimala görə, partlayışlar yanğının keçmiş təmas xəttində yerləşən minalanmış ərazilərə yayılması nəticəsində baş verir", - o, deyib.
Onun sözlərinə görə, havanın küləkli olması yanğınla mübarizəni çətinləşdirir. Ərazinin minalanmış olması isə vəziyyəti daha da çətinləşdirir.
QAZİLER.AZ

