Azərbaycan Milli Qvardiyasının ilk komandanı, ehtiyatda olan polkovnik Azər Babayev vəfat edib.
Bu barədə Ölkə.az-a onun yaxınları məlumat verib.
A.Babayev Rusiyanın paytaxtı Moskva şəhərində 70 yaşında dünyasını dəyişib.
Mərhumun Rusiyada dəfn olunacağı gözlənilir.
Qeyd edək ki, Babayev Azər Bahadur oğlu 1956-cı ildə anadan olub.
Azərbaycan Milli Qvardiyası 1991-ci il dekabrın 25-də yaradılıb.
A.Babayev həmin vaxtdan 1993-cü ilin avqust ayına qədər Milli Qvardiyanın komandanı olub.

