Cəlilabadda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.
Qaziler.az-ın "report"a istinadən məlumatına görə, yaralılar Cəlilabad rayon sakinləri-1985-ci il təvəllüdlü Kəmalə Rüstəmova övladları- 2013-cü il təvəllüdlü Zeynəb Rüstəmova, 2015-ci il təvəllüdlü İlahə Rüstəmova, 2019-cu il təvəllüdlü Ariz Rüstəmovdur.
Faktla bağlı araşdırmalar davam etdirilir.
12:58
Cəlilabad rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
Qaziler.az-ın "report"a istinadən məlumatına görə, qəza rayonun Əsədli kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Toyota Prado" markalı minik avtomobili aşıb və nəticədə 4 nəfərin xəsarət aldığı bildirilir.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Avtomobildə azyaşlılarda olmaqla bir ailənin 7 üzvünün olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

