Gürcüstan-Ermənistan sərhədini qanunsuz keçməkdə təqsirli bilinən Gürcüstan vətəndaşı Turqay Mikayılov azadlığa buraxılıb.
Qaziler.az bildirir ki, APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, dekabrın 23-də Lori rayon Məhkəməsi onu təqsirli hesab edərək, barəsində 5 ay azadlıqdan məhrum etmə hökmü çıxarılıb. T. Mikayılov iyulun 23-dən həbs olunduğu və 5 ay həbsdə qaldığı üçün məhkəmə zalından azadlığa buraxılıb.Qeyd edək ki, Turqay Mikayılov bu il iyulun 23-də Gürcüstandan Ermənistanın Lori vilayətinin Dzyunaşox kəndinə piyada keçib. O, həmin vaxt içkili vəziyyətdə olduğunu bildirib. 34 yaşlı azərbaycanlıya Cinayət Məcəlləsinin sərhədləri qanunsuz keçmə maddəsi ilə cinayət işi açılıb.