İmişlidə baş verən avtoqəzada 3 nəfər xəsarət alıb

İmişlidə baş verən avtoqəzada 3 nəfər xəsarət alıb backend

İmişlidə avtomobillərin toqquşması 3 nəfərin xəsarət almasına səbəb olub.

Qaziler.az bildirir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında Hacıqabul-Horadiz avtomobil ylunun 109-cu klometrliyində İmişli rayonu ərazisində qeydə alınıb. Qəza zamanı İmişli sakini 66 yaşlı Hüseynov Ələmdar Məhəmməd oğlunun idarə etdiyi "Mercedes" markalı 10 ZS 360 dövlət nömrə nişanlı avtomobillə Beyləqan sakini Rəsulov Vaqif Çərkəz oğlunun idarə etdiyi "Opel" markalı 1 BF 753 dövlət nömrə nişanlı avtomobil toqquşub. Hər iki avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobillərin sürücüləri və 59 yaşlı Beyləqan sakini Eldar Ərşad oğlu Şəmiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Diaspora