Ağdamda ata və iki övladı su anbarında boğulub

Ağdamda ata və iki övladı su anbarında boğulub backend

Ağdamda bədbəxt hadisə baş verib.

Qaziler.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində yerləşən Xatın su anbarında qeydə alınıb.

İlkin məlumata əsasən, ata iki övladı ilə birlikdə su anbarında çimərkən batıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.