Pakistanın şimal-qərbində yerləşən Xeybər-Paxtunxva əyalətində sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 40 nəfər dünyasını dəyişib.
Qaziler.az xəbər verir ki, bu barədə iyulun 3-də hüquq-mühafizə orqanlarına istinadən "Samaa TV" telekanalı məlumat yayıb.
“Xeybər-Paxtunxva əyalətinin Dhana Sar bölgəsində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb. Hazırda xəsarət alan azı səkkiz sərnişin xəstəxanaya çatdırılıb”, - Şerani dairəsinin komissar müavini Həzrət Vəli Kakar açıqlamasında deyib.
Faciə yerində hazırda xilasetmə əməliyyatının davam etdirildiyi bildirilib. Əməliyyata cəlb olunmuş fövqəladə hallar xidmətinin əməkdaşları digər yaralıları çıxarmağa və onları təhlükəsiz yerə təxliyə etməyə çalışırlar.
Şerani dairəsində baş vermiş qəzaya məhz nəyin səbəb olduğu barədə məlumat verilmir.
QAZİLER.AZ



